Amerika Azərbaycanlılarının Koordinasiya Şurasından İlham Əliyevə təbrik
Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının İdarə Heyəti və üzvləri Prezident İlham Əliyevi təbrik ediblər.
Prezident.az xəbər verir ki, məktubda deyilir:
“Amerika Azərbaycanlılarının Koordinasiya Şurası və Şuraya daxil olan təşkilatlar adından Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirik.
Vətənin rifahı naminə səmərəli fəaliyyətiniz, işgüzar və şəxsi keyfiyyətləriniz, mürəkkəb məsələləri effektiv həll etmək bacarığınız haqlı olaraq Sizə doğma Azərbaycanda və onun hüdudlarından kənarda böyük nüfuz və dərin hörmət qazandırıb.
Azərbaycanın tarixində çox böyük əhəmiyyəti olan Vətən müharibəsində Qarabağın işğaldan azad olunması ilə nəticələnən Qələbə Sizin uzaqgörənliyiniz, müdrik rəhbərliyiniz, qətiyyətli qərarlarınız, xalqımıza inamınız sayəsində əldə edildi. Müharibədən sonra Sizin səyləriniz nəticəsində Qarabağda aparılan sürətli yenidənqurma işlərinin nəticələri təqdirəlayiqdir. Azərbaycan Sizin müdrik rəhbərliyinizlə sosial-iqtisadi inkişafda böyük uğurlar qazanır və beynəlxalq arenada öz nüfuzunu durmadan möhkəmləndirir.
Sizin xaricdəki diaspor təşkilatlarımızın fəaliyyətinə verdiyiniz dəstəyi yüksək dəyərləndiririk. Biz ABŞ-da fəaliyyətimizi daha da səmərəli təşkil edərək Azərbaycan həqiqətlərini Amerika ictimaiyyətinə çatdırmaqda davam edəcəyik. Dünya Azərbaycanlılarının Zəfər Qurultayında Sizin tövsiyələriniz bizim fəaliyyətimiz üçün çox önəmli və dəyərlidir.
Fürsətdən istifadə edərək, doğum gününüz münasibətilə Sizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, Azərbaycanın inkişafı və xalqımızın rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.
Doğum gününüz və qarşıdan gələn Yeni iliniz mübarək olsun!”