ABŞ Ukraynaya "ağıllı bomba" kompleksləri verməyi planlaşdırır


ABŞ Ukraynaya idarə olunmayan təyyarə sursatlarını “ağıllı bomba”ya çevirən və Rusiya qoşunlarının mövqelərini yüksək dəqiqliklə vurmağa qadir olan müasir elektron avadanlıq göndərməyi planlaşdırır.


AFN.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yaylb.
Bu Birgə Birbaşa Hücum Sursatları kompleksinə yüksək dəqiqlik üçün GPS qurğuları daxildir və o, müxtəlif silahlara qoşula bilər. ABŞ ordusu bu texnologiyanı adətən bombardmançı və qırıcı təyyarələrə bərkidilən 900 kq-a qədər olan çəkiyə malik bombalarda istifadə edir.
Prezident Bayden və ya onun yüksək səviyyəli milli təhlükəsizlik müşavirlərindən birinin sözügedən qurğuların Ukraynaya təklif olunan transferini təsdiq edib-etmədiyi hələ məlum deyil.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu