Tramp administrasiyasına deportasiya səlahiyyəti verildi


ABŞ-da Ali Məhkəmənin Donald Tramp administrasiyasına miqrantları vətənləri olmayan digər ölkələrə deportasiya edə bilmə səlahiyyəti verdiyi bildirilib.



Associated Press (AP) xəbər agentliyinin məlumatına görə, ABŞ Ali Məhkəməsi miqrantlara deportasiyaya etiraz etmək hüququ verən federal məhkəmə qərarını ləğv edib.



Beləliklə Tramp administrasiyası miqrantları təcili şəkildə vətənləri xaricindəki ölkələrə deportasiya etmək səlahiyyətinə sahib olacaq.



ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) sözçüsü Trişia Maklauflin bu qərarı Amerika xalqının təhlükəsizliyi və əmin-amanlığı üçün qələbə adlandırıb.



New York Times qəzetinin xəbərinə görə, qərardan sonra Cibutidə ABŞ-a məxsus hərbi bazada saxlanılan miqrantlar Cənubi Sudana göndərilə bilərlər.



ABŞ-da miqrantları təmsil edən "Northwest Immigrant Rights Project" hüquqşünası Leyla Kanq qərarla bağlı açıqlamasında məhkəmə qərarının dağıdıcı nəticələrə səbəb olacağını deyib.



Kanq bildirib ki, Ali Məhkəmənin qərarı minlərlə insanı işgəncə və ya ölüm riski ilə üzləşəcəkləri üçüncü ölkələrə deportasiya olunmaq təhlükəsi qarşısında müdafiəsiz buraxır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu