Keçmiş kəşfiyyatçıdan Baydenə: "Müharibəni qızışdırmaqdan əl çək!"


ABŞ kəşfiyyatının keçmiş zabiti Rebekka Koffler prezident Baydeni Ukraynada münaqişəni qızışdırmaqdan əl çəkməyə çağırıb.


AFN.az xarici mediaya istinadən bildirib ki, keçmiş kəşfiyyatçı Baydendən vergi ödəyicilərinin pulları ilə yaradılan ABŞ-ın müdafiə arsenalını dağıtmağa son qoymağa tələb edib. Onun açıqlamasına görə, Vaşinqton sülh yolu ilə nizamlanmaya nail olmaq üçün səy göstərməlidir.
Təqaüddə olan hərbi kəşfiyyat zabiti deyib ki, ağılasığmaz insan itkisinə, böyük xərclərə və ABŞ-ın Ukraynanı silahla təmin etmək öhdəliyinə baxmayaraq, yaxın gələcəkdə heç bir tərəfin qələbəsi gözlənilmir. Koffler xatırladıb ki, Ukraynaya çoxlu silah tədarükü səbəbindən Tayvan elan edilmiş arsenalı almayacaq. Amerika hərbi-sənaye kompleksinin (MİK) lideri Raytheonun sözlərini misal çəkən keçmiş zabit münaqişənin 10 ayında Pentaqonunun 13 il Stinger komplekslərinin və 5 il Javelin istehsalına sərf etdiyini bildirib. O, Vaşinqtona sülh haqqında düşünməyə başlamağı və "qazanmaq mümkün olmayan" münaqişəni qızışdırmağı dayandırmağı tövsiyə edib: ”Ən pis sülh belə müharibədən yaxsıdır. Bayden hər iki tərəfi danışıqlar masasına dəvət etməli və vasitəçik təklif etməlidir“.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu