Ukraynada ruslara hərbi məlumatlar ötürən qadın həbs edilib


Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin hərəkəti və yerləşməsi barədə məlumatı ruslara ötürən qadın saxlanıb.


AFN.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Çerniqov vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb. İstintaqın məlumatına görə, 2022-ci ilin avqust-sentyabr ayları ərzində Çerniqov vilayəti işğalçılardan azad edildikdən sonra qadın düşmənlə əməkdaşlığı davam etdirib. Təqsirləndirilən şəxs Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin və hərbi texnikasının hərəkəti və yeri, habelə mühüm infrastruktur obyektləri haqqında məlumat toplayıb. Telegram kanalı vasitəsilə qadın toplanmış məlumatları Rusiya Federasiyasının nümayəndəsinə göndərib və bunun üçün pul mükafatı alıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları yerli sakini saxlayıblar. Onun barəsində həbs-qətimkan tədbiri seçilib. Cinayət işi üzrə ibtidai istintaq Çerniqov vilayətində SBU şöbəsinin müstəntiqləri tərəfindən aparılıb. Qeyd edək ki, qadının etdiyi əmələ görə Ukrayna Cinayət Məcəlləsinin 114-2-ci maddəsi ilə 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu