Kral ailəsinə Rusiya diplomatik missiyası ilə əlaqə saxlamaq qadağan edilib


Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin bildirib ki, kral ailəsinə Rusiya nümayəndələri ilə əlaqə saxlamamaq tapşırılıb.


AFN.az-ın xarici mediaya istinadən məlumatına görə, Kelin bu barədə yayılmış dezinformasiyaya açıqlama gətirərək bildirib ki, yeni monarx III Çarlz rus diplomatları ilə əlaqə saxlamır: “Mənə məlumdur ki, kral ailəsinin üzvlərinə Rusiya səfirliyini dəstəkləməmək və ya onunla əlaqə saxlamamaq tövsiyə olunub". O, həmçinin qeyd edib ki, Rusiya sadəcə olaraq Britaniya Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayır və diplomatik münasibətləri kəsmək ən ekstremal addım ola bilər.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın Londondakı səfiri İranı Rusiyaya hərbi texnika verməkdə ittiham edən Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin açıqlamalarına münasibət bildirmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu