Nikol Paşinyan İranda səfərdədir - Yenilənib
Ermənistanın baş naziri Nikol Paşinyan İranın paytaxtı Tehran şəhərində səfərdədir.
AFN.az İRNA-ya istinadən xəbər verir ki, onu İranın Plan və Büdcə Təşkilatının rəhbəri Məsud Mirkazemi qarşılayıb.
N.Paşinyan İran Prezidenti İbrahim Rəisi ilə görüşəcək.
09:37
Ermənistanın Baş naziri Nikol Paşinyan İranın paytaxtı Tehrana işgüzar səfərə yola düşüb.
AFN.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə hökumət başçısının Mətbuat Xidmətindən bildirilib.
N.Paşinyan İran Prezidenti İbrahim Rəisi ilə görüşəcək. Görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, N.Paşinyan sonuncu dəfə 2021-ci ilin avqustunda İranda işgüzar səfərdə olub.