“Bu, Azərbaycan iqtisadiyyatına ən çox ziyan vuran amillərdən biridir”
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.
“Bu, çox ciddi məsələdir. İnanın mənə, Mikayıl müəllim, Azərbaycan iqtisadiyyatına ən çox ziyan vuran amillərdən biridir. Düzdür, ola bilər bunu bəziləri hiss etmir, amma mən hiss edirəm. Rəqabət Məcəlləsi haqqında məsələyə baxmaq lazımdır. Biz bu məcəlləni qəbul etməliyik. Kim istəyir, kim istəmir, bunun dəxli yoxdur”, - deyə V.Əhmədov qeyd edib.
O həmçinin qeyd edib ki, “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsi ölkədə özəl sahibkarlığın inkişafına öz töhfəsini verəcək.