Nazir məktəbəqədər təhsil proqramını təsdiqlədi


Təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsil proqramı (kurikulum)”nı təsdiqləyib.


Bu barədə təhsil naziri əmr imzalayıb.

Əmrə əsasən, Təhsil Nazirliyinin 1998-ci ildə təsdiq edilmiş "Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı” və Nazirliyinin 10 iyul 2012-ci il tarixli 1329 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)” ləğv edilib.

Təhsil İnstitutuna (Rüfət Əzizov) "Məktəbəqədər təhsil proqramı (kurikulum)”nın əsasında metodiki tövsiyələrin hazırlanmasını təmin etmək tapşırılıb.

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu