Xırdalanda külək məktəbin damını uçurdu - VİDEO


Məsələ ilə bağlı Abşeron Rayon Təhsil Şöbəsi tərəfindən “Qafqazinfo”nun sorğusu cavablandırılıb: “Əsən güclü külək nəticəsində Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb.


Vəziyyətlə bağlı məktəbdə dərhal ilkin təhlükəsizlik tədbirləri həyata keçirilib, aidiyyəti qurumlara məlumat təqdim olunub. Ən qısa zamanda dam örtüyünün bərpa işlərinə başlanacaq”.

***

Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin damı uçub.

“Qafqazinfo” xəbər verir ki, hadisə güclü külək nəticəsində baş verib. Valideynlər belə havada övladlarını məktəbə göndərməkdən qorxduqlarını qeyd ediblər.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu