Bakıda küləkli havada xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB


Bakıda əsən güclü külək səbəbindən xəsarət alan 2 nəfər (kişi) təcili tibbi yardımla Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.


Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, Qaradağ rayon sakini, 1988-ci il təvəllüdlü şəxs Sahil qəsəbəsində yerləşən iş yerində olarkən xəsarət alıb. Belə ki, güclü külək səbəbindən darvaza onun üzərinə aşıb. Diaqnozu on ikinci döş, birinci bel fəqərələrinin zədələnməsi olub. Dərhal KT olunub, ilkin tibbi yardım göstərilib və bir müddət sonra ambulator müalicəyə buraxılıb.

Digər xəsarət alan, Lökbatan qəsəbə sakini 1962-ci il təvəllüdlü şəxs tır sürücüsüdür. Özünün dediyinə görə, tırın qapısını açarkən güclü külək qapını əlindən alıb və o da yıxılaraq xəsarət alıb. Hadisə nəticəsində kəllə-beyin travması alan şəxs hazırda Mərkəzin Neyrotravma şöbəsinə yerləşdirilib və müalicəsinə davam edilir.

****

Bakıda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 2 nəfər (kişi) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


AFN.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, yaralananlar Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanaya çatdırılıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu