Xırdalanda damını külək uçuran məktəbdə tədris qismən bərpa olunub


Ötən gün güclü külək nəticəsində dam örtüyü uçan Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə tədris qismən bərpa olunub.


Bu barədə Abşeron Rayon Təhsil Şöbəsindən məlumat verilib.

Bildirilib ki, yaranmış vəziyyətlə əlaqədar məktəbdə tədris qismən bərpa olunub: "Bəzi siniflər isə müvəqqəti olaraq onlayn dərslərə cəlb ediliblər".

Qeyd edək ki, aprelin 4-də Bakıda güclü külək əsib. Nəticədə Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin damı uçub. Hadisə ilə əlaqədar tədris müvəqqəti dayandırılmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu