Azərbaycanda qanunvericiliyi pozan şirkətə cərimə protokolu yazılıb
Azərbaycanda fərdi məlumatlar haqqında qanunvericiliyi pozan şirkətə cərimə protokolu yazılıb.
AFN.az xəbər verir ki, “İnci laboratoriyaları” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 375.0.2-ci (Fərdi məlumatlar haqqında qanunvericiliyin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
İş hakim Babək Pənahovun icraatına verilib. Məhkəmənin baxış iclasının aprelin 12-nə təyin edilib.
Bu xətaya görə, üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Xatırladaq ki, mətbuatda “İnci laboratoriyaları” MMC-nin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sabiq sədri Ramin Bayramlıya məxsus olduğu qeyd edilir.