“Coca-Cola” şirkəti məhkəməyə verildi


“Coca-Cola” şirkətinə cərimə protokolu tərtib edilib.


“Azərbaycan Koka-Kola ("Coca-Cola") Bottlers Limited” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 485.1-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Mahirə Kərimovanın icraatına verilib. Məhkəmənin baxış iclası martın 17-nə təyin edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu