Ermənistan Zəngəzur dəhlizində dəmir yolunun bərpası üçün geodeziya işlərinə başlayıb


Zəngəzur dəhlizi adı ilə tanınan Yerasx – Culfa – Ordubad – Meğri – Horadiz dəmir yolunun bərpasına Ermənistan ərazisində hazırlıqla bağlı səhra geodeziya işləri başlayır.


“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu ölkənin ərazi inzibatçılığı və infrastruktur naziri Qnel Sanosyan bildirib.

“Layihənin texniki planını tərtib etmək üçün Meğri və Yerasx arasında 43 kilometrlik sahədə ilkin işləri görməyi təklif edirik. Burada yer ölçmə işləri nəzərdə tutulur”- nazir deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu