Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: "İşlər başlayır"

Ermənistan Zəngəzur dəhlizinin ölkə ərazisindəki sahəsinin tikintisinin hazırlığına başlayır.
TASS xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, Ermənistan hökuməti Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Mehri sahəsinin tikintisi üzrə hazırlıq işlərinə başlayır.
N.Paşinyan əlavə edib ki, regional kommunikasiyaların açılması böyük imkanlar təqdim edir. (trend)