Arazdəyən-Naxçıvan-Culfa dəmir yolunun tikinti müddəti açıqlandı


“Arazdəyən (Yerasx)-Naxçıvan-Culfa dəmir yolunun tikintisi bir ilə başa çatdırıla bilər”.


“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan danışıb.

"İlkin hesablamalara görə, bu hissənin fəaliyyətə başlaması, yüklərin daşınması 10 aydan 1 ilə qədər vaxt aparacaq, qalan hissəsi üçün isə daha çox vaxt tələb olunacaq", - Sanosyan bildirib.

O qeyd edib ki, bəzi sahələr geniş iş tələb ediləcək, digərlərinin isə bərpa və işə salınması daha asan olacaq və bunlardan ən mühümü Arazdəyəndən Naxçıvana, daha sonra isə İran istiqamətində olan yoldur.

Erməni nazir vurğulayıb ki, Mehri və Horadiz ərazisində vəziyyət xeyli mürəkkəbdir - orada köhnə yol sökülüb.
Onun sözlərinə görə, layihənin maliyyələşdirilməsi məsələsi hələ də müzakirə olunur: bu ya dövlət büdcəsindən, ya kredit vəsaitləri hesabına reallaşacaq. Yaxud da konsessiya müqaviləsi çərçivəsində Cənubi Qafqaz Dəmir Yolları ilə razılıq əldə olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu