Erməni nazir Zəngəzur dəhlizinin əhəmiyyəti haqda
“Naxçıvana gedən dəmiryolu xəttinin açılışından yalnız biz deyil, bütün qonşu dövlətlər faydalanacaq”.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın ərazinin inkişafı və infrastruktur naziri Qnel Sanosyan Zəngəzur dəhlizinin əhəmiyyətindən danışarkən bildirib.
Nazir dəmiryolu xəttinin açılışı ilə yanaşı, infrastrukturun tikintisindən də bəhs edib.
O, xəttin keçmiş SSRİ zamanındakı xətt istiqamətində Azərbaycanın Naxçıvan və Ermənistanın Mehri bölgəsindən keçəcəyini vurğulayıb.