İşçilərin hüquqlarını pozan iki şirkətlə bağlı cinayət işi başlandı


Əmək hüquqlarının pozulmasına yol verən iki şirkətlə bağlı cinayət işi başlanıb.


Baş Prokurorluğun Mətbuat xidmətindən AFN.az-a bildirilib ki, vətəndaş ərizələri və Dövlət Əmək Müfəttişliyi Xidmətindən daxil olmuş məlumatlar üzrə aparılan araşdırma nəticəsində Yasamal və Quba rayonlarında müvafiq olaraq fəaliyyət göstərən “SRS Group” və «D.Fruits Kəndli Təsərrüfatı» MMC-nin vəzifəli şəxsləri tərəfindən qida məhsullarının hazırlanması və meyvə yığımı sahələrində çox sayda şəxslərin əmək hüquqlarının ciddi şəkildə pozulması halları müəyyən olunub.

Fakta görə Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfərdən artıq şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işləri başlanılıb.

Aşkar edilmiş inzibati xətalara görə icraatlar aidiyyəti rayon məhkəmələrinə göndərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu