Məktəblilər tərəfindən dəhşətli hadisə: Şagird öz sinif yoldaşını bıçaqladı

162 nömrəli tam orta məktəbin 11a sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) yanvarın 10-da günorta saatlarında məktəbdən kənar ərazidə bıçaqlanıb. Hadisə dərsdən sonra baş verib.
HİT.az xəbər verir ki, şagirdi bıçaqlamaqda şübhəli bilinən sinif yoldaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Bıçaqlanan şagird hazırda əməliyyat olunub, vəziyyəti ağır-stabil qiymətləndirilir.
