"Oğurlamasam dayana bilmirəm" deyən məşhur oğru yenidən həbs edildi


İsmayıllı şəhərində mobil telefon mağazasından ümumi dəyəri 4 160 manat olan 10 ədəd telefon və 300 manata yaxın pul oğurlanıb.


DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevin verdiyi məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə bir neçə dəfə həbs olunan və ümumilikdə 22 il məhkumluq həyatı yaşayan Durar Qasımov saxlanılıb.

Saxlanılan şəxsin İsmayıllıda daha 2 mağazadan telefon danışıq kartları, pul, ərzaq məhsulları, eləcə də Qazax və Bakı şəhərlərində bir neçə obyektdən mobil telefonlar oğurladığı məlum olub. D.Qasımov ifadəsində törətdiyi əməlləri etiraf edib, cinayət yolu ilə əldə etdiyi mobil telefonları isə respublikanın müxtəlif şəhər və rayonlarında dəyərindən dəfələrlə ucuz qiymətə satdığını bildirib. Qeyd edək ki, telefonların bir neçəsi ondan aşkar olunaraq maddi sübut kimi götürülüb.

E.Hacıyevin sözlərinə görə, D.Qasımov öz ifadəsində bildirib ki, oğurluq etməsə dayana bilmir.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu