Müdafiə Nazirliyi: "Ermənistana məxsus döyüş texnikası sıradan çıxarılıb"
"Ermənistan silahlı qüvvələrinin sərhəd boyu cəmləşdirilən canlı qüvvəsi və hərbi texnikası hədəf altındadır".
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
"Qarşı tərəfə məxsus döyüş texnikası sıradan çıxarılıb.
Əməliyyat taktiki üstünlük Azərbaycan Ordusunun bölmələri tərəfindədir.
Bir daha bəyan edirik ki, sərhəddə baş verən gərginliyə görə Ermənistan hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır", Müdafiə Nazirliyindən bildirilib.