“Facebook” işçiləri şirkət binasına daxil ola bilmirlər

“Facebook” əməkdaşları sosial şəbəkələrin işində yaranmış problemi qiymətləndirmək üçün şirkətin binasına daxil ola bilmirlər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Nyu-York Tayms”ın müxbiri Şira Frenkel məlumat verib.
“Facebook” əməkdaşı telefonla bildirdi ki, işçilər genişmiqyaslı problemi qiymətləndirmək üçün şirkətin binasına daxil ola bilmirlər. Çünki binaya giriş kartları şirkətin qapılarını açmır”, - deyə Frenkel Tvitterdə yazıb.