300 nəfərlik toy edən restoranla bağlı cinayət işi başlandı
Gəncədə fəaliyyət göstərən "Şah Sarayı” şadlıq sarayı ilə bağlı cinayət işi başlanılıb.
DİN Mətbuat xidmətindən verilən məlumata görə, şadlıq sarayında inzibatçı (adminstrator) işləyən şəhər sakini Mübariz Mirzəyev barəsində cinayət işi başlanılıb: "Gəncə şəhər Baş Polis İdarəsinin digər tabe qurumları kimi Nizami rayon Polis İdarəsinin əməkdaşları da karantin şərtlərinə riayyət edilməsinə nəzarət məqsədi ilə mütamadi olaraq profilaktiki tədbirlər həyata keçirir.
Keçirilən sonuncu reyd zamanı şəhər arazisində fəaliyyət göstərən "Şah Sarayı” şadlıq sarayında Operativ Qərargah tərəfindən müəyyən edilən 150 nəfərlik say normasından 2 dəfə çox, 300 nəfər qonaq olması müəyyən edilib.
Dərhal polis əməkdaşları qanuna müvafiq tədbir görüb, inzibatçı barəsində Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə cinayət işi başlanılıb".