Messinin “Barselona” ilə müqaviləsi rəsmən başa çatdı
Argentina millisinin ulduzu Lionel Messinin “Barselona” ilə olan müqaviləsi bu gün rəsmən başa çatıb.
O, artıq azad agent sayılır.
Hazırda Amerika Kuboku üçün Cənubi Amerikada olan futbolçu ilə katalonlar yeni müqavilə üçün danışıqlara başlayıb. Messinin “Barselona” ilə yeni müqavilə imzalayacağı ehtimalı yüksəkdir.