Tbilisidə gəlin toy günü magistraturaya imtahan verib
Tbilisidə gəlin toy günü magistraturaya onlayn qaydada imtahan verib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu əks etdirən videonu ( https://fb.watch/3Ygb8wQkWu/) bəy-gəlinin fotosessiyasını edən Rauf adlı fotoqraf feysbuk səhifəsində paylaşıb.
O, paylaşımında qeyd edib ki, fotosessiyanın ortasında gəlin ondan çəkilişləri dayandırmasını xahiş edib. Gənc qız mobil telefon vasitəsilə test suallarını cavablandırıb.
Cütlüyün sözlərinə görə, onlar ilk öncə toy günlərini təyin ediblər, daha sonra isə gəlinin elə həmin gün imtahan verməli olduğunu biliblər. Lakin onlar nə toyun, nə də imtahanın tarixini dəyişmək istəyiblər.
Fotoqrafın paylaşımı çox sayda şərh və bəyənmə toplayıb. Qısa videonu artıq 229 min nəfər izləyib.