Rusiyada son sutkada 18 mindən çox yoluxma qeydə alınıb


Rusiyada son bir gündə daha 18 359 nəfərə COVID-19 diaqnozu qoyulub.



“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 850 439 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 485 nəfər artaraq 73 182-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 300 004 nəfər sağalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu