Rusiyada daha 149 nəfər koronavirusdan öldü
AFN xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 128 836 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 149 nəfər artaraq 19 948-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 929 829 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 1 050 nəfər.