Rusiyada son sutkada 491 nəfər koronavirusdan ölüb
“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 138 828 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 491 nəfər artaraq 37 031-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 634 671 nəfər sağalıb.