Prezident Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin tərkibi genişləndirdi


"Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilib.



Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmanla Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin tərkibi 4 nəfərə çatdırılıb, həmçinin sədrin müavinlərinin sayı da bir nəfər artırılıb.

Qeyd edək ki, bu fərmanadək Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin tərkibi üç nəfərdən - Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və sədrin iki müavinindən ibarət idi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu