Azərbaycanda yeni su anbarları yaradılacaq
Azərbaycanda 10 yeni su anbarının yaradılması planlaşdırılır.
AFN xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına Əlavədə öz əksini tapıb.
Yeni su anbarları bunlar olacaq:
1. Əlicançay su anbarı
2. Qudiyalçay su anbarı
3. Vəlvələçay su anbarı
4. Qaraçay su anbarı
5. Qusarçay su anbarı
6. Ağsuçay su anbarı
7. Türyançay su anbarı
8. Yengicə su anbarı
9. Viləşçay su anbarı
10. Zəyəmçay su anbarı.