Nyu-Yorkda fəlakət yaşanır: Mobil morqlar göndərildi
ABŞ-da koronavirusun geniş yayıldığı Nyu-York şəhərinə onlarla mobil morq göndərilib.
Morqlar dolduğuna görə hökumət belə addım atıb. Yük maşınlarında quraşdırılan mobil morqlar cəsədlərin daşınması üçün nəzərdə tutulub.
Qeyd edək ki, ABŞ-da 603 min nəfər koronavirusa yoluxub. 25 mindən çox insan həyatını itirib.//Publika.az