Əfqanıstanda soyuq hava səbəbindən 60 nəfər həyatını itirib


Əfqanıstanda son 3 həftədə güclü qar, yağış və şaxtalı soyuq hava şəraiti səbəbindən 60 nəfər həyatını itirib.



Bu barədə Əfqanıstan Milli Fəlakət Agentliyinin sözçüsü Janan Saeq məlumat verib.

O Əfqanıstanın bəzi bölgələrində güclü qarın yağmasının son həftələrdə çox təsirli olduğunu və temperaturun mənfi 30 dərəcəyədək endiyini qeyd edib.

Saeq bu müddət ərzində 1600-dən çox evin qismən və ya tamamilə dağıldığını, soyuq hava səbəbindən 177 mindən çox mal-qaranın tələf olduğunu açıqlayıb.

Saeq bildirib ki, Milli Fəlakət Agentliyi və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində ölkənin müxtəlif bölgələrində 22 min 400-dən çox ailəyə ərzaq, müxtəlif ehtiyac vasitələri və nağd pul yardımı göstərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu