Nyu-York koronavirusa yoluxan insanların sayına görə bütün ölkələri geridə qoydu
ABŞ-ın Nyu-York ştatı dünyanın bütün ölkələrini koronavirusa yoluxan insanlar baxımından ötüb.
“NY Post” xəbər verir ki, ötən gün ərzində ştatda 250 yeni yoluxma halı qeydə alınıb.
Ümumi olaraq ABŞ-da 816 mindən çox insan koronavirusa yoluxub.
Təxminən 44 min nəfər xəstəliyin qurbanı olub, 74,9 min nəfər isə sağalaraq xəstəxanalardan evə buraxılıb.//oxu.az