Britaniya baş nazirinin son durumu açıqlandı
Böyük Britaniyanın baş naziri Boris Consonun klinik vəziyyəti sabitdir.
“Report” “Haber7”yə istinadən xəbər verib ki, bu barədə hökumət açıqlama yayıb.
Bildirilib ki, hazırda Boris Conson özü nəfəs alır və müalicəsi davam edir.
Qeyd edək ki, aprelin 6-da koronavirusa yoluxmuş baş nazirin vəziyyəti ağırlaşdığından reanimasiya və intensiv terapiya şöbəsinə köçürülmüşdü.