Boris Consonun 8-ci övladı dünyaya gəlib
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson və onun üçüncü həyat yoldaşı Kerrinin ikinci övladları dünyaya gəlib.
Körpəyə Frank Alfred Odysseus Conson və ailəsi üçün Frenki adı verilib.
35 yaşlı Kerri Conson bu gün günortadan sonra özünün İnstaqram səhifəsində yeni doğulmuş, Boris Consonun səkkizinci övladı və Kerrinin ikinci oğlunun fotolarını paylaşıb.
Bu, Boris Consonun üçüncü evliliyidir. Onun keçmiş ikinci həyat yoldaşından dörd, keçmiş sevgilisindən isə bir uşağı var.