Britaniyanın enerji naziri Consonun Baş nazirliyə namizədliyini dəstəklədi
Boris Conson Britaniyanın Baş naziri vəzifəsinə namizədliyi üçün enerji naziri Ceykob Ris-Moqdan dəstək alıb.
Bu, Consonun Baş nazir postuna namizədliyinə rəsmi şəkildə razılığını bildirən ilk britaniyalı siyasətçidir.
Qeyd edək ki, Boris Conson bu gün Mühafizəkarlar partiyasından olan deputatları onun namizədliyini dəstəkləməyə çağırıb.