Boris Conson NATO-nun təcili iclasının keçirilməsini istəyir
Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynadakı vəziyyətlə əlaqədar olaraq NATO-nun təcili iclasını keçirməklə bağlı çağırış edib.
Bu barədə məlumatı Conson öz rəsmi tviter hesabında paylaşıb.
O bildirib ki, Rusiyanın Ukraynaya hücumu ilə bağlı xalqa müraciət edəcək: “Mən, həmçinin G7 ölkələrinin liderləri ilə danışıqlar aparacam və mümkün olan tez bir zamanda NATO ölkələrinin liderlərinin təcili görüşünü keçirməyə çağırıram”.