Avropada yeniyetmə koronavirusdan öldü




Portuqaliyada 14 yaşlı yeniyetmə koronavirusun qurbanı olub.

“Report” DHA-ya istinadən xəbər verir ki, bu, Avropada koronavirusdan ölən ən gənc insan sayılır.

Məlumata görə, yeniyetmədə pullu dəmrovdan (psoriaz) başqa heç bir xəstəlik olmayıb.

Qeyd edək ki, Portuqaliyada koronavirus daşıyıcılarının rəsmi sayı 5 962 nəfərdir. Virus qurbanlarının sayı isə 100-ü ötüb.

Xatırladaq ki, Böyük Britaniyada 21 yaşlı gəncin koronavirusdan ölümü qeydə alınmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu