İspaniyada koronavirusdan ölənlərin sayı 1 000-i ötdü
İspaniyada koronavirusdan ölənlərin sayı artıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, ölkədə virus qurbanlarının sayı 1 002-yə çatıb.
Məlumata görə, krallıqda koronavirus daşıyıcılarının sayı isə 20 000-ə yaxınlaşıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 182 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 252 731-ə çatıb. Bunların 89 056 nəfəri sağalıb, 10 405 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.