Türkiyə və Çinin elm adamları koronavirusla bağlı 3 saatlıq videokonfrans keçiriblər




Türkiyənin Koronavirusla əlaqədar yaradılan Elm Qurumu ilə Çinin elm adamları birgə videokonfrans keçiriblər.

APA-nın yerli bürosunun Türkiyənin Səhiyyə Nazirliyinə istinadla verdiyi xəbərə görə, 3 saat çəkən toplantıda, öncə yeni növ koronavirusla (COVİD-19) bağlı Çinin tibb üzrə elm adamlarına suallar ünvanlanıb.

Sonra hər iki ölkə arasında mövzu ilə bağlı məlumat və təcrübə mübadiləsi ətrafında geniş müzakirələr aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu