Çinin xarici işlər naziri Türkiyənin regional və beynəlxalq rolunu dəstəklədiklərini bildirib


Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Xarici İşlər üzrə Mərkəzi Komissiyanın direktoru və xarici işlər naziri Vanq Yi ölkəsinin Türkiyənin regionda və beynəlxalq arenada mühüm rolunu dəstəklədiyini bildirib.


"Global Times"ın xəbərinə görə, dünən Türkiyəyə səfəri zamanı xarici işlər naziri Hakan Fidan ilə görüşən Vanq, Çinin yeni qurulan Türkiyə hökuməti ilə qarşılıqlı strateji etimadın və koordinasiyanın gücləndirilməsi üçün işləməyə hazır olduğunu dilə gətirib.

"Çin Türkiyənin regional və beynəlxalq arenada mühüm rol oynamasını dəstəkləyir və xarici qüvvələrin Türkiyənin daxili işlərinə hər hansı müdaxiləsinə qarşıdır" - deyə XİN başçısı bildirib.

Türkiyə hökumətinin dəvəti ilə bu ölkəyə səfər edən Vanq bildirib ki, inkişaf etməkdə olan bazar iqtisadiyyatları və əsas inkişaf etməkdə olan dövlətlərin nümayəndələri kimi iki ölkənin geniş ortaq maraqları və əməkdaşlıq üçün böyük potensialı var.

Çin və Türkiyənin enerji, təhsil və mədəniyyət sahələrində əməkdaşlığı inkişaf etdirməyə davam etməli olduğunu vurğulayan Vanq deyib: "Çin Türkiyədən daha çox keyfiyyətli məhsul idxal etməyə, iki ölkə arasında ticarətdə yerli valyutalardan istifadəni dəstəkləməyə və daha çox Çin şirkətini Türkiyədə inkişaf etdirməyə və investisiya qoymağa təşviq etməyə hazırdır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu