Rusiyada koronavirusa bir gündə 200-ə yaxın insan yoluxdu




Rusiyada martın 26-da koronavirusa yoluxma ilə bağlı 182 fakt qeydə alınıb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin əməliyyat qərargahı məlumat yayıb.

Bildirilib ki, yoluxma Rusiyanın 56 regionunda qeydə alınıb. Ümumilikdə isə martın 26-dək ölkə ərazisində 840 yoluxma müəyyən olunub, onlardan 38 nəfər sağalıb, 2 nəfər ölüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu