Avstraliya sakini öləndən sonra dirildi




Kliniki ölüm yaşayan Avstraliya sakininin ürəyi 90 dəqiqədən sonra döyünməyə başlayıb.

“7news.com.au” xəbər verir ki, Elister adlı həmin şəxs həyat yoldaşı ilə Britaniya Kolumbiyası əyalətində istirahətdə olarkən ürəyi dayanıb.

Bunu görən həyat yoldaşı təcili tibbi yardım çağırıb.

Həkimlər saatyarım ərzində onu həyata döndərməyə çalışıblar.

Lakin onların cəhdləri boşa çıxıb.

Həkimlər qadına ərinin öldüyünü bildiriblər.

Lakin 90 dəqiqədən sonra Elisterin ürəyi yenidən döyünməyə başlayıb.

Uzun müddət kliniki ölüm vəziyyətində qalmasına baxmayaraq avstraliyalıda heç bir fiziki və ya əqli qüsur aşkar edilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu