Qazaxıstanda marafon iştirakçısı finiş xəttinə çatmamış ölüb - VİDEO


Qazaxıstanda 41 yaşlı idmançı Adrenaline Tengri Ultra marafonunda finiş xəttinə bir neçə metr qalmış ölüb.


AFN.az xəbər verir ki, bu barədə arbat.media portalı məlumat yayıb. İştirakçının qəfil ürəyi tutub. Tədbir yerində olan növbətçi həkimlər dərhal reanimasiyaya başlayıblar, lakin kişini xilas etmək mümkün olmayıb. Ölümün səbəbi ürək dayanması olub.

Tanışların dediyinə görə, mərhum Ruslan Yoldıbayev yaxşı fiziki hazırlığa malik olub və dəfələrlə yarışlara qatılıb. Bu, onun dördüncü dəfə marafonda qaçması imiş.

Hadisədən qısa müddət sonra İnternetdə təcili yardımın yalnız 10 dəqiqədən sonra gəldiyi və nəticədə qiymətli vaxtın itirildiyi iddiaları ortaya çıxıb. Lakin bu məlumatı Almatı vilayətinin amirliyi təkzib edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu