İlham Əliyev İtaliya Senatının Sədri ilə görüşüb - FOTOLAR




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də İtaliya Respublikası Senatının Sədri, senator xanım Maria Elisabetta Alberti Kaselatti ilə görüşüb.



Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən verilən məlumata görə, Senatın Sədri Maria Elisabetta Alberti Kaselatti dövlətimizin başçısı İlham Əliyevi qarşıladı.

Azərbaycan Prezidenti və İtaliya Senatının Sədri birgə foto çəkdirdilər.

İtaliya Senatının Sədri Maria Elisabetta Alberti Kaselatti özünün Azərbaycana, Birinci vitse-prezident Mehriban Əliyevanın isə Romaya səfərlərini xatırlatdı. O, ölkələrimiz arasında dostluğun hərtərəfli surətdə genişləndiyini qeyd etdi. İtaliya Prezidentinin ölkəmizə rəsmi səfərini vurğulayan Senatın Sədri tarixi əlaqələrə əsaslanan Azərbaycan-İtaliya əməkdaşlığının bütün sahələrdə inkişaf etdiyini bildirdi.

Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın Bakıya rəsmi səfərinin əhəmiyyətini qeyd etdi. Prezident dedi ki, bu səfər əlaqələrimizin yüksək səviyyədə olduğunu bir daha göstərdi. Dövlətimizin başçısı İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlərin böyük əhəmiyyət daşığını qeyd etdi. Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin əlaqələrimizi yeni yüksək səviyyəyə qaldıracağını bildirdi. Xüsusi qeyd olundu ki, İtaliya Azərbaycanın Avropa ölkələri arasında siyasi, iqtisadi və ticarət baxımından əsas tərəfdaşıdır.

Görüşdə parlamentlərarası əlaqələrin böyük əhəmiyyət kəsb etdiyi diqqətə çatdırıldı, Azərbaycan ilə İtaliyanın ATƏT Parlament Assambleyası, AŞPA və digər qurumlarda da əməkdaşlıq etdiyi vurğulandı. TAP layihəsinin uğurla reallaşdırılmasının, həmçinin İtaliya şirkətlərinin Azərbaycanda enerji və digər sahələrdəki layihələrdə iştirakının əhəmiyyəti qeyd edildi.

Sonda qarşılıqlı hədiyyələr təqdim olundu.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu