Rusiyada müəllimə qarşı edilən zorakılıq hiddət yaratdı - VİDEO




Sosial şəbəkələrdə Rusiyanın Pskov vilayətində müəllimlə şagird arasında baş vermiş insidentin videosu yayılıb.

REN TV xəbər verir ki, məktəbli müəllimin xəbərdarlığına məhəl qoymur və sinifdə tərbiyəsizlik edir.

Əsəblərinə hakim ola bilməyən müəllim şagirdin oturduğu stulu onun altından çəkir. Döşəməyə yıxılan şagird isə ayağa qalxaraq, müəllimə yumruqla davamlı zərbələr endirir.

Hadisə ictimaiyyət tərəfindən hiddət yaradıb. Hadisə nəzarətə götürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu