Xırdalanda 1 saylı orta məktəbdə bir sinifdə şagird sayı 58 nəfərə çatıb




"Xırdalan şəhər 1 №-li tam orta məktəbin ikinci sinfində 58 şagird təhsil alır. Müəllim bilmir hansı uşaqla məşğul olsun".



Bu barədə AFN-ə məktəbin valideynlərindən biri məlumat verib. Adının açıqlanmasını istəməyən şəxs ötən il də eyni sinifdə 40 uşağın oxuduğunu bildirib.

Məsələ ilə bağlı 1 №-li tam orta məktəblə əlaqə saxladıq. Direktorun müavini Gülçöhrə Babayevə AFN-ə açıqlamasında qeyd etdi ki, problem artıq həll olunub: "Məktəbə yeni müəllimə dəvət edib, sinfi 2 yerə bölmüşük. Yeni açılan sinifdə 29 şagird təhsil alır. Lakin 40 şagirdi olan siniflərimiz də var. Sinifdə çox uşaq olanda müəllimlərə də çətindir. Amma bu bizdən asılı olan məsələ deyil. Məktəbdə şagird çoxdur".

Könül CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu