"Qarşımıza şərt qoydular" - Real TV-də nə baş verir?
Real TV-nin əməkdaşları Afət Telmanqızı, Ləman Əliəşrəfqızı və İlqar Mikayıloğlu işdən çıxarılıb.
Buna səbəb onların sosial şəbəkələrdə 9 fevral seçkilərində baş verən qanun pozuntuları barədə paylaşımlar etməsidir.
Afət Telmanqızı Yenisabah.az-a açıqlamasında bildirib ki, rəhbərlik onların qarşısında şərt qoyub: Ya yazdıqlarınızı silin, ya da işdən çıxın.
"Biz də işdən çıxmağı seçdik. Təhdidlə şərt qoymuşdular. Biz isə yazdıqlarımızı silməməyi üstünlük tutduq. Biz dövlətə qarşı hansısa pis iş tutmamışıq. Sadəcə seçkidə baş verən qanun pozuntuları ilə bağlı faktları ictimailəşdirmişik. Mən və Ləman xanım 9 fevral seçkilərinə namizəd kimi qatılmışıq. İlqar Mikayıloğlunun isə xanımı namizəd idi. İndi necə ola bilər ki, orada baş verən qanun pozuntuları barədə danışmayaq? Bu həm də jurnalist kimi bizim borcumuzdur", - deyə Afət Telmanqızı bildirib.