Heydər Çobanzadə: “Susqunluğumuzu kimsə yanlış anlayıb, fürsət bilməməlidir”
Növbədənkənar parlament seçkilərində 66 saylı Biləsuvar Seçki Dairəsindən deputatlığa namizəd olan jurnalist Heydər Çobanzadə seçki saxtakarlığına qarşı ciddi mübarizə aparacağını bəyan edib.
Heydər Çobanzadə AzToday.az-a verdiyi açıqlamada bildirib ki, namizəd olduğu dairədə seçki prosesinə ciddi nəzarət olunacaq:
“Sabahdan namizədlər üçün təbliğat-təşviqat mərhələsi başlayır. Amma bununla belə deməliyəm ki, 66 saylı Biləsuvar seçki dariəsində namizədlərin qeydə alanması mərhələsində ciddi qanun pozuntuları oldu. Bəzilərinin namizədliyinə mane olmağa çalışdılar. Bəzilərininin isə namizədliyinin qeydə alınmasında şübhəli məqamlar vardı. Biz indiyə qədər ki mərhələdə şübhəli məqamlara əhəmiyyət vermədik. Bizə qarşı olan qanunsuzluqlara isə rəsmi şəkildə cavab verdik. Amma yenə də susqunluğumuzu kimsə yanlış anlayıb, fürsət bilməməlidir. Biləsuvarda seçki prosesesinə ciddi nəzarət olunacaq. Qeydə alınan qanun pozuntuları bizi adsız imza vərəqələrinin araşdırlmasına kimi apara bilər”.